BAYRAQDAR MEDİA – Doğu Qara dəniz bölgəsində sentyabr-noyabr aylarında su anbarlarından dənizə buraxılan və çəkisi təxminən 4 kiloqrama çatan qızıl balıqların ovuna başlanılıb.
Bu barədə gazeterize.com saytı məlumat verib.
Bildirilib ki, “1 iyul tarixinə qədər davam edəcək ov dövründə dənizdən çıxarılan balıqlar diqqətlə emal edilərək dünyanın müxtəlif ölkələrinə ixrac üçün qablaşdırılır”.
Məlumatda deyilir ki, Türkiyədə adambaşına balıq istehlakı 7,2 kiloqram olsa da, Yaponiyada bu göstərici 65 kiloqramı keçir: “2024-cü ildə Türkiyə qızıl balıq ixracından təxminən 500 milyon dollar gəlir əldə edib. Bu ilin ilk 4 ayında isə bu rəqəm 117 milyon dollara çatıb”.
İlk şərhi yaza bilərsiniz