Press "Enter" to skip to content

Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini ilə görüşüb

Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini ilə görüşüb

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini Prof. Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Türkiyə nümayəndə heyəti “Xarici ölkələrdə müşahidə gəzintisi” çərçivəsində əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə K.Vəliyev qonaqları salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Baş Qərargah rəisi Azərbaycan və Türkiyə arasında ortaq tarix, mədəniyyət və dəyərlərə əsaslanan mövcud münasibətlərin hər iki qardaş ölkənin təhlükəsizliyi və inkişafı üçün mühüm rol oynadığını qeyd edib. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlığın bölgədə sabitliyə və rifaha töhfə verdiyini bildirib. Nazir müavini digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əlaqələrin genişləndirilməsinin innovativ layihələrin reallaşmasına geniş imkanlar yaratdığını xüsusi vurğulayıb”.

Sonra xəbərdə, “göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən T.Canbolat qarşılıqlı səfərlərin və görüşlərin iki qardaş ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsirindən danışıb. Elmi bilik və təcrübə mübadiləsinin zəruriliyini diqqətə çatdırıb. Türkiyə nümayəndə heyəti daha sonra Azərbaycanın müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb” deyə qeyd edilir.

Görüş zamanı peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb, maraq doğuran bir sıra digər məsələlər geniş müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.