Press "Enter" to skip to content

Məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir

Məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir

BAYRAQDAR MEDİA – Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi üzrə icma əsaslı tədbirlər həyata keçirilir.

Bu hada xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ötən il bu istiqamət üzrə təşəbbüslər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən dəstəklənib, müvafiq layihə gerçəkləşdirilib. Layihənin yekunları üzrə hesabatın təqdimatında QMKİDK-nin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev çıxış edərək tədbir iştirakçılarına görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, layihəyə 210 məcburi köçkün cəlb edilib, onların müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün biznes planlar hazırlanıb, həmçinin müxtəlif mövzular – biznes planın hazırlanması, sosial medianın idarə edilməsi, satış, mühasibatlıq, insan resurslarının idarə edilməsi və s. üzrə təlimlər və məsləhət xidmətləri göstərilib”.

Sonra xəbərdə qeyd edilir ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramının tərkib hissəsi olaraq bu layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi vasitəsilə onların sosial rifahın gücləndirilməsi və ölkə iqtisadiyyatına töhfə veməkdən ibarətdir”.

Tədbirin sonunda layihədə iştirak etmiş benefisiarlara sertifikatlar təqdim edilib

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.