Press "Enter" to skip to content

“Nesvij – dünya mədəniyyətinin irsi” sərgisi olacaq

“Nesvij – dünya mədəniyyətinin irsi” sərgisi olacaq

BAYRAQDAR MEDİA – Mayın 19-u saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) Belarusun “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun “Nesvij–dünya mədəniyyətinin irsi” adlı sərgisinin açılışı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMİM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “sərgi Azərbaycan və Belarus mədəniyyət nazirliklərinin dəstəyi, AMİM və sözügedən Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer alacağı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdiriləcək. Böyük Litva Knyazlığının zəngin ailəsi olmuş Radzivillərin iqamətgahı kimi xidmət göstərmiş Nesvij qəsrində intibah gözəlliyinin, barokko dinamikasının və klassisizm nizamının mükəmməl vəhdəti izlənilir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu möhtəşəm memarlıq abidəsi Belarus, eləcə də Avropa mədəniyyətinin canlı ensiklopediyası hesab edilə bilər. O, özündə qəsrlə yanaşı, qəsr istehkamlarını və böyük park ansamblını birləşdirir. Hazırda Nesvij qəsri və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır”.

Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan “Saray ziyafətlərinin ənənələri” adlı ekskursiya təşkil olunacaq. Proqrama saray ziyafətlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, şahzadə ovlarının təşkilinin özəllikləri kimi mövzular, intellektual əyləncə və oyunlar daxildir.

Qeyd edək ki, sərgi iyunun 15-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.