BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev mayın 13-də qardaş Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişi qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərə əsasən, “dövlət başçısı Okay Memişin Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi. Okay Memiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı”.
Bildirilib ki, “söhbət zamanı iki ölkə arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan arasında səmimi münasibətlərin əməkdaşlığın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı. Son olaraq iki ölkənin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi”.
İlk şərhi yaza bilərsiniz