BAYRAQDAR MEDİA – Yozqatın Şəfaatli rayonunda yerləşən Qaranlıqdərə vadisində yetişən bir çiçək jandarma tərəfindən xüsusi mühafizə olunur. May və iyul ayları arasında çiçək açan və yalnız bu vadidə rast gəlinən Centaurea Aksoyi (Peyğəmbər çiçəyi) Yozqat üçün bioçeşidlilik baxımından böyük əhəmiyyət daşıyır.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumata görə, “Sahdügməsi” adı ilə də tanınan bu çiçək Yozqat Vilayət Jandarma Komandanlığının nəzdində fəaliyyət göstərən Ətraf Mühit, Təbiət və Heyvanları Qoruma Timi tərəfindən qorunur: “Yozqat Vilayət Jandarma Komandanlığından verilən açıqlamada “Yozqatın Şəfaatli rayonu Qaranlıqdərə vadisində, biogömrük qaçaqmalçılığına və təhlükə altında olan növlərin mühafizəsinə dair tədbirlər çərçivəsində, yalnız 800-900 metr yüksəklikdə və müəyyən dövrdə – may-iyul aylarında çiçək açan Sahdügməsi adlı nadir bitkinin yerləşdiyi ərazilərdə profilaktik hüquq-mühafizə tədbirləri həyata keçirilmiş, məskunlaşmadan uzaq ərazilərdə sahibsiz itlərə yem qoyulmuş və onların təhlükəsiz mühitə daşınması üçün heyvan toplama qruplarına məlumat verilmişdir” deyilib. O da qeyd edilib ki, nəzarət və maarifləndirmə tədbirləri əzm və qərarlılıqla davam edəcək”.
İlk şərhi yaza bilərsiniz