Press "Enter" to skip to content

“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər

“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Növbəti belə maarifləndirmə tədbirləri Cənub Regional Mərkəzi tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında, Muğan Regional Mərkəzi tərəfindən Salyan, Biləsuvar, Neftçala, Sabirabad rayonlarında və Şirvan şəhərində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə, Ağdam və Beyləqan rayonlarında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonunda, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunun sel təhlükəli kəndlərində keçirilib”.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.