Press "Enter" to skip to content

Daha bir qanvermə aksiyası

Aksiya zamanı

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti qanvermə aksiyası keçirilir. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “mayın 16-dək davam edəcək qanvermə aksiyasında 600-dək əməkdaşın iştirakı nəzərdə tutulur. Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyinin əməkdaşları mütəmadi iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.