BAYRAQDAR MEDİA – Eskişehirin Hamamyolu bölgəsində dar küçələrə nizamsız şəkildə qoyulan skuterlər və motosikletlər satıcıların narazılığına səbəb olub. Onlar keçidin çətinləşdiyini bildirərək məsələ ilə bağlı tədbir görülməsini istəyirlər.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, şəhərin ən işlək nöqtələrindən biri olan Hamamyolunda son dövrlərdə skuterlər və motosikletlərin sayı artıb: “Dar küçələrə başısoyuq şəkildə qoyulan bu nəqliyyat vasitələri həm piyadaların hərəkətini çətinləşdirir, həm də vizual çirkinlik yaradır. Sahibkarlar bu vəziyyətin ticarət fəaliyyətlərinə də mənfi təsir etdiyini bildirərək, səlahiyyətli orqanlardan nəzarətin gücləndirilməsini tələb edirlər. Xüsusilə keçid nöqtələrində skuterlərin səki və küçələrin ortasında saxlanması səbəbilə müştərilərin dükanlara çatmaqda çətinlik çəkdiyi bildirilir”.
İlk şərhi yaza bilərsiniz