BAYRAQDAR MEDİA – Trabzon Mərkəz Fizika Liseyində vilayətin müxtəlif bölgələrindən gələn şagirdlər “Ətraf mühit və İqlim” mövzusunda bir araya gəlib. Klassik sinif şəraitindən kənara çıxan bu tədbirdə 50 şagird müxtəlif ölkələri təmsil edən nümayəndə olaraq iştirak edib.
Məlumatı kuzeyekspres.com.tr saytı yayıb.
Məlumata görə, tədbirdə şagirdlər təmsil etdikləri ölkələrin ətraf mühit və iqlim siyasətlərini müdafiə edərək həll təklifləri irəli sürüblər: “Bütün çıxışlar beynəlxalq diplomatiya dili ilə aparılıb. Şagirdlər yalnız məlumat mübadiləsi etməklə kifayətlənməyib, həm də natiqlik, empatiya, analiz və kompromis bacarıqlarını inkişaf etdirmə fürsəti qazanıblar”.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunarkən Ortahisar Rayon Təhsil Müdiri Cemil Karakaş “Gənclərimizin yalnız akademik deyil, sosial bacarıqlarını da inkişaf etdirməyə davam edirik. Bu kimi tədbirlərlə onların dünya problemlərinə həssaslığını artırır, liderlik bacarıqlarını dəstəkləyirik” deyib.
İlk şərhi yaza bilərsiniz