Press "Enter" to skip to content

“Gənclərin peşə bələdçisi” düşərgəsi keçirilib

Düşərgədən xatirə fotosu

Lənkəranda keçirilən düşərgədə Azərbaycanın 16 müxtəlif regionundan 25 multiplayer iştirak edib

BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin peşə bələdçisi” layihəsi çərçivəsində düşərgə mərhələsi yekunlaşıb.

İctimai Birliyin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir: “Lənkəranda keçirilən düşərgədə Azərbaycanın 16 müxtəlif regionundan 25 multiplayer iştirak edib. 4 günlük düşərgə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Əzizbikə Abdullayeva, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, Elm Tədris akademiyasının rəhbəri, ekspert Samir Salayev, təlimçi Malik Bağırov tərəfindən “Peşə Bələdçisi kimdir”, “Peşə təhsilinin əmək bazarına təsiri”,“Gənclərlə və valideynlərlə peşə seçimi mövzusunda ünsiyyət”, “Təqdimat bacarıqları” və bir sıramövzularda təlimlər keçirilib. Layihə iştirakçıları ilə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə arasında görüş baş tutub. Görüş zamanı elm, təhsil və gənclərin karyera inkişafı ilə bağlı müxtəlif maraqlı məsələlər müzakirə olunub, iştirakçıların ünvanladığı suallar cavablandırılıb, onların təklif və fikirlərinə münasibət bildirilib”.

Məlumata görə, Layihənin innovativ sessiyalarından biri olan “Peşə kitabxanası” metodu vasitəsilə peşə sahibləri ilə birbaşa görüşləri təşkil olunub: “Lənkəran şəhərində 7-11-ci sinif aralığında təhsil alan 100-ə yaxın şagird və valideynlər realtəcrübələr əsasında peşələr haqqında daha dolğun və obyektiv təsəvvür formalaşdıra biliblər.Eyni zamanda, multiplayerlər regionda fəaliyyət göstərən peşə müəssisələrinə təhsil səfərləri edərək praktiki mühitlə yerində tanış olublar. Qeyd edək ki, layihə mərhələli şəkildə həyata keçirilir və düşərgədən əvvəl iştirakçılar üçün mütəxəssislər tərəfindən multiplayerlər üçün “Gələcəyin peşə və bacarqıları”, “Peşə təhsili iqtisadiyyatı və sənaye müəssisələrində peşə işçiləri”, “Peşə bələdçisi üçün ünsiyyət bacarığı” mövzularında onlayn təlimlər baş tutub”.

İctimai Birlikdən o da bildirilib ki, təlimlər proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda valideynlərlə birbaşa görüşlər keçirəcəklər: “Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcəkdir. Həmçinin, düşərgə zamanı təcrübə olunan “Peşə kitabxanası” metodundan, səfərlərdən və təlimlərdən əldə etdikləri məlumatları sonrrakı müddətdətətbiq edəcəklər. Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi ilə maarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcə də peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.