Bununla bağlı son məsləhətləşmələr keçirilib
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) türk dünyasında fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlıq istiqamətində yeni prosesə başlayıb. Bu istiqamətdə eyni zamanda diaspor təşkilatları ilə də əməkdaşlıqların edilməsi nəzərdə tutulub.
Bu barədə CASCFEN sədri Nadir Azəri məlumat verib.
Onun sözlərinə görə, İzmir Azərbaycan Dərnəyi (İZAZDER) ilə əməkdaşlığa dair növbəti mühüm addım atılıb: “Məlumat üçün bildirim ki, yarandığı qısa vaxt ərzində öz səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olan İZAZDER bu gün mühüm layihələr həyata keçirir. İZAZDER başqanı Pərviz Altayın mart ayında Bakıya səfəri zamanı onunla görüşüb gələcəkdə iki təşkilat arasında sıx əməkdaşlıq əlaqlərinin qurulması istiqamətində ilkin razılıq əldə etdik. Ötən həftə isə məsələ ilə bağlı daha bir uğurlu addım atıldı”.
N.Azərinin sözlərinə görə, İZAZDER-in İdarə Heyətinin üzvü və Qadınlar Komitəsinin sədri Tərlan Akçayla ötən həftə Bakıda görüş olub: “Görüş zamanı biz İZAZDER-lə CASCFEN arasında imzalanacaq əməkdaşlıq protokolunun detallarını müzakirə etdik. Belə deyək ki, son məsləhətləşmələr keçirildi. Hesab edirik ki, əməkdaşlıq protokolu yaxın aylar ərzində imzalanacaq. Həmçinin hər iki təşkilatın qənaəti budur ki, bu sadəcə kağız üzərində qalmamalı, birlikdə yaddaqalan və türk dünyasına xidmət edən addımlar atılmalıdır”.
İlk şərhi yaza bilərsiniz