Press "Enter" to skip to content

Təcrübə mübadiləsinin aparılması önəmlidir

Görüşdən xatirə fotosu

Dövlət Xidmətində Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Azərbaycan-Türkiyə arasında olan qardaşlıq və müttəfiqliyin böyük tarixi köklərə malik olmasını vurğulayıb. Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memiş də öz növbəsində iki ölkə arasında olan münasibətlərin dərinləşməsinin, həmçinin hərbi sahədə əməkdaşlığın və təcrübə mübadiləsi aparılmasının önəmli olmasından danışıb”.

Məluamat görə, görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.