BAYRAQDAR MEDİA – Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, layihə çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub”.
İlk şərhi yaza bilərsiniz