BAYRAQDAR MEDİA – Iğdır Şehit Bülent Aydın Hava Limanı, 2025-ci ilin aprel ayında ümumilikdə 29.939 daxili xətt sərnişininə xidmət göstərib.
Bu barədə Ulaştırma ve Altyapı Bakanlığı Devlet Hava Meydanları İşletmesi (DHMİ) Genel Müdürlüğüyünə istinadən igdirhaber.net məlumat yayıb.
Bildirilib ki, “aprel ayında havalimanına eniş və qalxış edən təyyarə sayı daxili uçuşlarda 242, xarici uçuşlarda isə 1 olmaqla ümumilikdə 243 olub. Eyni dövrdə yük (kargo, poçt və bagaj) trafiki isə 293 ton olaraq qeydə alınıb”.
Bundan başqa 2025-ci ilin ilk dörd ayını əhatə edən dövrdə Iğdır Şehit Bülent Aydın Hava Limanında sərnişin sayı 107.694-ə çatıb: “Eyni dövrdə həyata keçirilən təyyarə reyslərini sayı 1.190 olub”.
İlk şərhi yaza bilərsiniz