BAYRAQDAR MEDİA – Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Milli mətbuat tarixi” auditoriyasının açılışı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “açılış mərasimində çıxış edən rektor Elçin Babayev son illərdə BDU-nun Jurnalistika fakültəsində medianın müasir çağırışlarına uyğun islahatların aparıldığını deyib. O bildirib ki, fakültədə yeni ixtisas və ixtisaslaşmalar açılıb, müxtəlif ixtisaslaşmış otaqlar istifadəyə verilib. Yeni açılan “Milli mətbuat tarixi” auditoriyası Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi əks etdirməklə bərabər, medianın qarşısında duran vəzifələrin müzakirə olunacağı əsas platformaya çevriləcək”.
Ardınca xəbərdə, “Mətbuat Şurasının sədri Rəşad Məcid “Milli mətbuat tarixi” auditoriyasının açılmasını milli mətbuatın 150 illik yubileyinə böyük töhfə adlandırıb və onun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib. Auditoriyada “Bakı Universiteti” qəzetinin milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsinin təqdimatı keçirilib. Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, Prof. Cahangir Məmmədli, türkiyəli professorlar Aysel Aziz, Nilufer Timisi mühazirə deyiblər” deyə diqqətə çatdırılır.
İlk şərhi yaza bilərsiniz