Press "Enter" to skip to content

Bolqarıstan avroya keçir

Sofiya

BAYRAQDAR MEDİA – Bolqarıstanın baş naziri Rosen Jelyazkov, Ortaq İdarəetmə Şurası toplantısının ardından verdiyi açıqlamada, “İktidardakı əksəriyyət hökumətin arxasında qətiyyətlə dayanır və tam dörd illik idarəetmə dövrü üçün əsas şərtlər mövcuddur” deyib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Baş nazir “Bugün mən və Bolqarıstan Mərkəzi Bankının rəhbəri 1 Yanvar 2026-dan etibarən Bolqarıstanda avronun dövriyyəyə girməsini dəstəkləyən mövqeyimizi əks etdirən sənədi imzaladıq” deyə R.Jelyazkov qeyd edib.

O, həmçin in deyib: “Bu mövqe, parlamentin son illərdə qəbul etdiyi qərara uyğun olaraq, icra orqanı və Bolqarıstan Mərkəzi Bankı tərəfindən uyğunluq şərtlərinin təmin edilməsi məqsədilə atılacaq bütün addımları təsdiqləyir. Bu, 1 Yanvar 2026 tarixindən etibarən Bolqarıstan cəmiyyətinə bütün qoruyucu mexanizmlərlə birlikdə avronun uğurla tətbiqinə zəmanət verəcək bütün tədbirləri dəstəkləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.