BAYRAQDAR MEDİA – Cənubi Avstraliya əyalətində çimərliyə köpək balığı hücum edib.
BAYRAQDAR MEDİA “Demirören” Xəbər Agentliyinə istinadən xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, hadisə yerli vaxtla saat 09:45 radələrində baş verib. Əyalətin paytaxtı Adelaidadan 27 km cənub-qərbdə yerləşən çimərlikdə üzən şəxsə köpək balığı hücum edib. Xəbərdarlıq üzərinə hadisə yerinə ilkin tibbi yardım qrupları göndərilib.
Açıqlamada bildirilir ki, ilkin tibbi yardım göstərilən ağır yaralı şəxs xəstəxanaya çatdırılıb.
Sahildəki digər insanların təxliyə edildiyi qeyd edilib.
İlk şərhi yaza bilərsiniz