Press "Enter" to skip to content

Diqqət: Bank kartı məlumatlarınızı digər şəxslərlə paylaşmayın

Diqqət: Bank kartı məlumatlarınızı digər şəxslərlə paylaşmayın

BAYRAQDAR MEDİA – Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Vətəndaş bu məlumatları naməlum şəxslərə verdiyi halda onun hesabında olan pullar oğurlanacaq, yaxud pul yoxdursa, kredit formasında ona zərər vuracaqlar. Mayın 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10 min, 4 min 100, 2 min, 1 min 945, 1 min, 320, 300, 250, 180, 70, 49 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə vurğulanır ki, “DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Mission News Theme by Compete Themes.