BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Bakının Nərimanov rayonundakı Sosial Xidmət Mərkəzinin benefisiarları üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sözügedən Mərkəzin sosial reabilitasiya xidmətlərindən bəhrələnən əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirak etdiyi tədbir Beynəlxalq Ailə Gününə həsr olunub. Ekskursiya çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və inkişafetdirici oyunlar, həmçinin valideynlər üçün isə təcrübəli psixoloq və təlimçilərin iştirakı ilə meditasiya proqramı da təşkil edilib”.
Qeyd edək ki, bu kimi tədbirlər sosial inklüzivliyə nail olmaq, ailə dəstəyini təşviq etmək və həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaq məqsədi daşıyır.
İlk şərhi yaza bilərsiniz