Press "Enter" to skip to content

Erzurumda qar həyatı iflic edib

Erzurumda yolları qar örtüb

BAYRAQDAR MEDİA – Erzurum və ətraf bölgələrdə təsirli olan qar yağışı yüksək ərazilərdə nəqliyyatın hərəkətinə mane olub.

Bu barədə igdirhaber.net saytı məlumat verib.

Məlumata görə, may ayında yağan qar ümumilikdə həyatı iflic edib: “Xüsusilə Erzurum-Tekman avtomobil yolundakı 2,885 metr hündürlükdə yerləşən Palandöken keçidi və Erzurum-Bingöl avtomobil yolundakı Herdo dərəsi ərazisində, intensiv qar sürücülər çətin anlar yaşadıb. Maşınlar yollarda qalıb”.

Məlumata görə, öÖz imkanları ilə avtomobillərini çıxarmağa çalışan sürücülər, zaman zaman zəncir taxmaq məcburiyyətində qalıblar. Rəsmi şəxslər sürücüləri diqqətli olmağa və qış şəraitinə uyğun avadanlıq daşımağa çağırıblar.

Mission News Theme by Compete Themes.