BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə qış yenidən qayıdıb. Belə ki, Karsda təxminən üç gün davam edən leysan yağış mayın 14-də yerini yoğun qar yağışına buraxıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “hava temperaturunun kəskin şəkildə aşağı düşdüyü şəhərdə, xüsusilə yüksək hündürlüklü bölgələr qısa müddətdə ağ bir örtü ilə örtülüb. 2,344 metr hündürlükdə yerləşən Boğatepe Keçidində qar yağışı güclü şəkildə hiss edilib”.
Məlumata görə, bölgədə heyvandarlıqla məşğul olan kənd sakinləri bu mövsümdə yağan qar qarşısında hazırlıqsız qalıblar: “May ayında qar görmə şokunu yaşayan heyvandarlıq sahibləri, qarın onlar üçün nə qədər gözlənilməz olduğunu bildiriblər”.
İlk şərhi yaza bilərsiniz