Press "Enter" to skip to content

Liftdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib – VİDEO

Liftdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə iki halda paytaxtın Xətai rayonunun Cavanşir küçəsində, bir halda isə Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər. Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər”.

Mission News Theme by Compete Themes.