Press "Enter" to skip to content

Nazir Londonda bir sıra görüşlər keçirib

Görüşlər zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Səfər çərçivəsində Londonda bir sıra görüşlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “iqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-nin prezidenti Odil Reno-Basso ilə görüşüb.Görüşdə Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyi, AYİB-lə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin və texnoloji yeniliklərin ölkəmizdə tətbiqinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr üzrə tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından mühümdür.Görüşdə əməkdaşlığın prioritetləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası,dayanıqlı iqtisadiyyata keçiddə birgə fəaliyyətin gücləndirilməsibarədə müzakirələr aparılıb”.

Məlumata görə, Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistorla görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb: “Bildirilib ki, investisiya, ticarət, energetika və digər istiqamətlər üzrə faydalı işbirliyinin inkişafı üçün böyük imkanlar var.Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər. Mikayıl Cabbarov AYİB-nin İllik Toplantısı çərçivəsində görüşdə Bankınbirinci vitse-prezidenti kimi fəaliyyət müddəti başa çatmaqda olan Yurgen Rigterinkə əlaqələrin inkişafına verdiyi töhfələr üçün təşəkkür edib, bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Bankla tərəfdaşlığınönəmi qeyd olunub, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün atılan addımlar vurğulanıb”.

Məlumatda deyilir ki, nazir həmçinin Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla və , Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə də görüşüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.