Press "Enter" to skip to content

Qarabağ Universitetində ATİAHİ-nin Respublika Komitəsinin üzv təşkilatı təsis edilib

Qarabağ Universitetində ATİAHİ-nin Respublika Komitəsinin üzv təşkilatı təsis edilib

BAYRAQDAR MEDİA – Qarabağ Universitetində (QU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin üzv təşkilatının təsis edilməsi münasibətilə tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbirdə QU-nun rəhbər və professor-müəllim heyəti, ATİAHİ rəsmiləri, universitetin tələbələri və media nümayəndələri iştirak ediblər. Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək QU-da Həmkarlar İttifaqı Komitəsinin (HİK) yaradılmasının universitetin sosial-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Rektor HİK-in üzv təşkilatının təsis edilməsinin Universitetin gələcək inkişafına hədəfləndiyini vurğulayaraq qeyd edib ki, Komitənin fəaliyyətində həm əməkdaşlar, həm də tələbələr üçün həssas yanaşma mövcuddur. Ş.Bayramov HİK-in gələcək planlarından bəhs edərək fəal tələbələr üçün yeni imkanların yaradılmasını təklif edib”.

Sonra xəbərdə, “ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev QU-da çıxış etməyin onun üçün böyük qürur olduğunu qeyd edib. A.Paşayev diqqətə çatdırıb ki, HİK əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda, universitet daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil edir. Tədbirdə HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar verilib”.

Sonra QU-da təsis olunan HİK-in təşkilatına idarə heyəti, sədr və təftiş komissiyasının üzvləri seçilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.