BAYRAQDAR MEDİA – AZCON Holding-in tərkibində fəaliyyət göstərən ADY bu ilin yanvar-aprel aylarında 3 milyona yaxın çox sərnişin daşıyıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16 faiz çoxdur.
Qeyd edilib ki, 2025-ci ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33 faiz artaraq 8281 nəfər olub.
İlk şərhi yaza bilərsiniz