BAYRAQDAR MEDİA – Macarıstanın görkəmli ictimai xadimi, yazıçı, dramaturq Şandor Lejakın “Yaşam üçün nəfəs”əsəri əsasında Naxçıvan Dövlət Universitetində (NDU) eyniadlı tamaşa nümayiş olunub. Tamaşa Azərbaycanda ilk dəfə NDU-nun İncəsənət fakültəsinin “Teatr və mədəniyyətşünaslıq” kafedrasıtərəfindən hazırlanıb.
Bu barədə verilən məlumatda qeyd edilir ki,tədbirdə əsərin müəllifi, görkəmli yazıçı Şandor Lejak, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin rəhbərliyi və kollektivi, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev, yazıçılar, NDU-nun rəhbər heyəti, müəllim və tələbələr iştirak ediblər.
Məlumata görə, Macarıstanın Kommunist dövründəki ağır ictimai mühiti əks etdirən tamaşanın təsirli məzmunu böyük maraqla qarşılanıb və izləyicilər ayaqda alqışlayıb. Müharibənin insanlar üzərində qoyduğu dərin izlər, yarım qalan arzular və çətin şəraitin əks olunduğu anlarmaraqlı, zəngin səhnə dekorasiyasıvə ən əsası aktyorların məharətli çıxışı ilə yaddaqalan və baxımlı olub.
Məlumatda deyilir ki, tamaşadan sonra Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev çıxış edərək, dəvəti qəbul edib NDU-da iştirakı üçün dəyərli yazıçı Şandor Lejaka təşəkkürünü bildirib. O, tamaşanı Macarıstan və Azərbaycan ədəbi-mədəni mühitinə inteqrasiya və töhfə olaraq dəyərləndirib. Eyni zamanda əməkdaşlığın yaranamsı və inkişafında Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadəyə xüsusi salamlarını çatdırıb.
Görkəmli yazıçı Şandor Lejak tamaşanı dərin təəssüratla alqışlayıb, yaradıcı kollektivə səhnədə təşəkkür edərək, hədiyyələr təqdim edib. Yazıçı çıxışında əsərin ilk dəfə 1987-ci ildə səhnələşdirildiyi vurğulayıb. Sonrakı illərdə başqa səhnələrdə nümayiş olunduğunu, ancaq Naxçıvan Dövlət Universitetindəki bu nümayişin özünəməxsus və peşəkar təqdimat olaraq yaddaqalacağını bildirib. Dünya şöhrətli yazıçı Con fon Neyman Universiteti ilə NDU arasındakı əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla yüksək səviyyədə hazırlıq və unudulmaz aktyor oyununu izlədiyini ifadə edib. Naxçıvandan başlanan belə uğurlu sənət nümunəsinin daha geniş auditoriyalarda nümayiş olunması gərəkdiyini bildirərək, yaradıcı heyətə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki,Macarıstan Millin Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejak və nümayəndə heyəti mayın 13 və 14-ü Naxçıvan Dövlət Universitetində qonaq olub.
İlk şərhi yaza bilərsiniz