BAYRAQDAR MEDİA – Azərbaycan Valideyn-Müəllim Assosiasiyası (AVMA) Ictimai Birliyi növbəti ali tədbirinə hazırlaşır. Mayın 17-də İctmai Birliyin növbəti, 17-ci Ümumi Yığıncağı keçiriləcək.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, Ümumi Yığıncaga aidiyyəti dövlət, QHT, media, parlament, ictimaiyyət, region nümayəndələri, ekspert və mütəxəssislər, təhsil xadimləri dəvət olunub.
Xatırladaq ki, AVMA İB 2003-cü ildə yaranıb.
AVMA-nın strateji məqsədi təhsil müəsisələrinin və milli təhsilin keyfiyyətinin müasir standartlar səviyyəsində artırılmasına və vətəndaşların hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsinə nail olmaq, Təhsil müəsisələrinin idarəolunmasında demokratikliyi, şəffaflığı təmin etmək, onlar üzərində ictimai nəzarəti təşkil etməkdir.
İlk şərhi yaza bilərsiniz