BAYRAQDAR MEDİA – Türkiyədə Mustafa Kemal Atatürkün Qurtuluş Savaşını başlatdığı 19 May tarixi – Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd edilir. Qardaş ölkə hazırda bu bayramın 106-cı ildönümünə hazırlaşır.
Bu arada bəlli olub ki, 2025-ci ildə də bayram Eskişehirdə böyük həyəcan və qürurla qeyd olunacaq.
Məlumatı eskisehir.net saytı yayıb.
Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyəsinin “Gələcək gənclərlə gələcək” şüarı ilə hazırladığı tədbirlər 16 may cümə günü saat 20:00-da Atatürk Mədəniyyət, İncəsənət və Konqres Mərkəzində keçiriləcək Simfonik Orkestr konserti ilə başlayacaq: “Dirijor Atıf Taner Çolağın rəhbərliyi ilə keçiriləcək konsertə aparıcı Murat Atak və solistlər Arkın Akçagül və Duru Önhon da qatılacaq”.
Məlumatda deyilir ki, bayram tədbirləri 18 may bazar günü Adalar bölgəsində gün boyu davam edəcək: “Saat 12:00-dan etibarən Adalar bölgəsində başlayacaq İdman Şənliyi çərçivəsində müxtəlif stendlər, idman və e-idman sahələri, səhnə çıxışları və emalatxanalar vətəndaşlarla bir araya gələcək. Həmin gün saat 13:00-dan 17:30-dək Porsuk Çayı üzərində Red Bull Boat yarışları təşkil olunacaq və izləyicilərə həyəcan dolu anlar yaşadacaq. Axşam saat 19:30-da DJ performansı ilə əyləncə qaldığı yerdən davam edəcək. Saat 20:30-da Köprübaşı iskele meydanından başlayacaq Fənər Alayı yürüşü ilə bayram coşqusu küçələrə yayılacaq. Saat 21:00-da isə “Sıla Çuhadaroğlu feat. Hot Stuff” musiqi qrupu səhnəyə çıxaraq sevilən mahnılarla bayram gecəsini taçlandıracaq. Eskişehirlilərin böyük maraq göstərəcəyi gözlənilən tədbirlərə Es Es Bandosu da öz ritmi ilə rəng qatacaq”. Bildirilib ki, “gənclərin bayram coşqusunu doyunca yaşayacaqları bu tədbirlər axşam saatlarında keçiriləcək fənər yürüşü və gənclik konserti ilə zirvəyə çatacaq. Tepebaşı Bələdiyyəsinin dəstəyi ilə keçiriləcək bu tədbirlər Eskişehirlilərə unudulmaz anlar yaşadacaq. 19 may bazar ertəsi günü isə tədbirlər saat 14:00-da Zoopark İdarəsi nəzdində fəaliyyət göstərən ETİ Sualtı Dünyasında keçiriləcək “Tünel Akvariumda Sualtı Bayraq Açma Mərasimi” ilə sona çatacaq. Eskişehir Böyükşəhər Bələdiyyəsi bütün vətəndaşları bu mənalı bayram coşqusunu birlikdə yaşamağa dəvət edib”.
İlk şərhi yaza bilərsiniz