Press "Enter" to skip to content

Azərbaycan ailəsində milli-mənəvi dəyərlərin qorunması

Azərbaycan ailəsində milli-mənəvi dəyərlərimizin qorunması

BAYRAQDAR MEDİA – 2025-ci il mayın 15-də Xaçmaz rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Azərbaycan ailəsində milli-mənəvi dəyərlərimizin qorunması” adlı tədbir keçirilib.

Xəbəri Xaçmaz rayon Heydər Əliyev Mərkəzi yayıb.

Xəbərə əsasən, “tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Əskərova 15 May Ailə Gününün yaranma tarixindən danışaraq vurğulayıb ki, Azərbaycanda ailə instutunun möhkəmlənməsi, ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Xəbərdə “tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Yaqut Məsimova, Xaçmaz Qadınlar Cəmiyyətinin sədri Sədaqət Cəmiyeva, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin məsul əməkdaşı Nailə Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xaçmaz rayonu üzrə nümayəndəsi, Qadın Resurs Mərkəzinin rəhbəri İntizar Ömərova, şəhid anası Yasəmən İmamova və Əməkdar jurnalist Azər Həsrət bildiriblər ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Bu gün ölkədə əsası Heydər Əliyev tərəfindən qoyulan ailə instutu Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir” deyə qeyd edilib.

Həmçinin tədbirdə, “MİHİ-nın Xaçmaz rayon Komitəsinin sədri, ATİAHİ-nin Xaçmaz rayon Komitəsinin sədri, QXRGİİ-nin Xaçmaz rayon üzrə sektorunun əməkdaşı, Xaçmaz rayon UGİM-nin direktoru, GİKM-ın Xaçmaz rayon nümayəndəliyinin rəhbəri, təhsil və mədəniyyət kollektivləri, Peşə Mərkəzinin tələbələri, rayon ictimaiyyəti” iştirak edib.

Bildirilib ki, “tədbir Xaçmaz rayon Uşaq-Gənclər İncəsənət Mərkəzinin konsert proqramı ilə davam edib. Tədbirdə ən yadda qalan məqam isə Ailə bayramı günündə yeni evlənən gənclərin özəl günlərində Ümumilli lider Heydər Əliyevin Mərkəzini ziyarət etməsi oldu”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.