Press "Enter" to skip to content

Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri arasında görüş

Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri arasında görüş

BAYRAQDAR MEDİA – Azərbaycanla Qazaxıstanın müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstanın Baş Qərargah rəisinin müavini – Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqlar əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Döyüşü İdarəetmə Mərkəzində, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Komanda məntəqələrində olub”.

Sonra xəbərdə, “qonaqlara qoşunların gündəlik fəaliyyəti, böhran və fövqəladə hallar zamanı idarə olunması üzrə brifinq təqdim edilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb. Keçirilən görüşlərdə bu cür qarşılıqlı səfərlərin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd olunub” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.