Press "Enter" to skip to content

Dövlət Xidməti Tərtərdə vətəndaş qəbulu keçirib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın16-da Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “qəbulda 7şəhid ailəsi və 16müharibə veteranı olmaqla41 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.

Məluamat görə, vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nınsəlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.