BAYRAQDAR MEDİA – Şəhərsalma və Nəqliyyat naziri Erhan Arıklı sosial şəbəkə hesabından maraqlı paylaşım edib. O, rəhbərlik etdiyi Yenidən Doğuş Partisinin (YDP) 2016-cı ildə irəli sürdüyü qapalı Maraşla bağlı formulun BMT qətnamələrini pozmadan bölgənin türk idarəçiliyi altında əvvəlki sahiblərinə açılmasını nəzərdə tutduğunu bildirib.
Paylaşımda qeyd edilib ki, YDP-nin formuluna görə, “Maraşın türk idarəçiliyi altında, BMT nəzarətində, xüsusi statusla keçmiş mülkiyyət sahiblərinin məskunlaşmasına açılması” nəzərdə tutulur. Bu yanaşmanın Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə verdiyi Demopoulos qərarına uyğun hazırlandığını vurğulayan E.Arıklı, formulun detalları ilə bağlı Türkiyə rəsmilərinə və Xarici İşlər Nazirliyinə məlumat verildiyini qeyd edib.
O, bu formulun Maraş üzərində hüquq iddia edən vəqflərin beynəlxalq hüquq çərçivəsində öz haqlarını axtarmalarına mane olmadığını, qazanılan məhkəmələrdə təzminat ödənilməsinin mümkün olduğunu bildirib. 2018-ci ildə Kozanköydə əmlakına qayıtmaq istəyən rum Nikolas Skurdisə bu formulun uğurla tətbiq edildiyini xatırladıb.
E.Arıklı, Maraşın məskunlaşmaya açılması üçün yeganə tələb olunan addımın bölgənin Nazirlər Kabineti qərarı ilə hərbi bölgə statusundan çıxarılaraq Əmlak Komissiyasına (TMK) verilməsi olduğunu vurğulayıb: “Gerisi artıq özü gələcəkdi… Məncə, mülkiyyət məsələsində əvəz çıxmağın tam zamanıdır…”.
İlk şərhi yaza bilərsiniz