BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdədir. Səfər zamanı Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “səfər çərçivəsində iqtisadiyyat naziri “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb. Nazir Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsindəBankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. Sessiya zamanı qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturunformalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizlikləbağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub”.
Məlumata görə, AYİB-nin İllik Toplantısı çərçivəsində Bankın Müdirlər Şurasının Plenar Sessiyası keçirilib: “Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. AYİB-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il AYİB üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da Bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir”.
Məlumata görə, çıxışda vurğulanıb ki, Azərbaycan qlobal çağırışların həlli və yaşıl keçid prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir: “Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirdi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olundu. Bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard dollarlıq vəsaiti nəzərdə tutur. Tədbirdə ölkəmizin beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüslərivə bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib”.
Qeyd edək ki, Mikayıl Cabbarov “Oliver Wyman Group”şirkətinin sənaye üzrə qlobal rəhbəri Ted Moynihanla da görüşüb: “Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərbarədə məlumat verilib. Tərəflər biznes mühitində mövcud çağırışlar fonundaölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar”.
İlk şərhi yaza bilərsiniz