Press "Enter" to skip to content

Karyera İnkişaf Proqramının 3-cü mərhələsinin nəticələri

Karyera İnkişaf Proqramının 3-cü mərhələsinin nəticələri

BAYRAQDAR MEDİA – “Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi – Qabiliyyət imtahanının nəticələri elan olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyi (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “1 min 124 namizədin iştirak etdiyi imtahanda 205 nəfər final mərhələsinə keçmək hüququ qazanıb. Qabiliyyət imtahanı 3 istiqamətdə testlərlə – Verbal, Rəqəmsal və Abstrakt təhlil üzrə aparılıb”.

Qeyd edək ki, KTN və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi KTN-də potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.

Mission News Theme by Compete Themes.