Press "Enter" to skip to content

Millət vəkili ilə görüş keçirilib

Millət vəkili ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – “Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Mayın 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda növbəti tədbir keçirilib.

“Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin təşəbbüsü və dəvəti ilə təşkil olunmuş görüşün qonağı şair, publisist, siyasi ekspert və Milli Məclisin deputatı Elçin Mirzəbəyli olub.

E.Mirzəbəyli iştirakçılarla açıq və səmimi fikir mübadiləsi apararaq Azərbaycan cəmiyyətində gedən ictimai-siyasi proseslər, gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və ədəbi mühitin bugünkü vəziyyəti barədə fikirlərini bölüşüb. O, dövlətçilik və vətənpərvərlik mövzularında danışaraq gənclərə milli düşüncə, tarixi yaddaş və məsuliyyət hissinin aşılanmasının zəruriliyini vurğulayıb.

Azərbaycan Universitetinin tələbələri qonağa çoxsaylı suallar ünvanlayıb. E.Mirzəbəyli yazıçı və millət vəkili kimi gənclərə oxumağın, düşünməyin və milli kimliyə sahib çıxmağın əhəmiyyətini izah etdi, müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndirib.

Tədbirin sonunda qonaq tələbələrə kitablarını avtoqrafla hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

Mission News Theme by Compete Themes.