BAYRAQDAR MEDİA – Yozqatda Anadolu nağıllarını teatr tamaşasına çevirən şagirdlər və onların müəllimləri ustalıqla təqdim etdikləri oyunla izləyicilərin böyük rəğbətini qazanıblar.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Bildirilib ki, “Yozqatın Sorgun rayonunda yerləşən Yeni Çeltek İbtidai Məktəbinin şagirdləri Anadolu nağıllarına həyat veriblər. “Anadolu Nağılları Canlanır” layihəsi çərçivəsində şagirdlər əvvəlcə müəllimlərindən müxtəlif nağıllar dinləyiblər. Nağılları oxuyub öz sözləri ilə izah edən şagirdlər, nağılların əsas qəhrəmanlarını səhnəyə daşıyıblar. Heyvanların danışdırılması, ailə həyatı, təbiətdən alınacaq dərslər kimi mövzuların əhatə olunduğu teatr tamaşası böyük maraqla qarşılanıb”.







