BAYRAQDAR MEDİA – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı “Gold Palace”, “Okean”, “Green House”, “Xəlifə”, “Qərb”, “Həyat Saray”, “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də “Xan”, “Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2 min 500 manat məbləğində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz