BAYRAQDAR MEDİA – Mayın 15-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün attestasiya prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə 200-ə yaxın müəllim iştirak edib və peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin elementar musiqi nəzəriyyəsi üzrə biliklər, musiqi ədəbiyyatı və digər materiallara dair diqqət edilməli əsas məqamlar müzakirə edilib. Görüşdə auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb”.
Qeyd edək ki, Bakı şəhəri ilə yanaşı, regionlarda da bu cür görüşlər davamlı olaraq təşkil ediləcək.
İlk şərhi yaza bilərsiniz