BAYRAQDAR MEDİA – Mayın 17-də Bakı şəhəri Fəvvarələr meydanında növbəti V Autizm Festivalı təşkil olunacaq. Festival Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Aztest Group-un təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Festivalın təşkilat komitəsinin sədri Elnur Məmmədli məlumat verib.
O, qeyd edib ki, festivalda bu sahədə çalışan qurumlar öz işlərini və fəaliyyətlərini nümayiş etdirəcəklər: “Festivalı keçirməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir. Festivalda autizmli ailələr və autizmli uşaqlarda iştirak edəcək. Festival səhər saat 10.00-dan başlayıb axşama kimi davam edəcək. Hər kəs dəvətlidir”.
İlk şərhi yaza bilərsiniz