Press "Enter" to skip to content

2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 64 faiz artırılacaq

Bakı şəhəri

BAYRAQDAR MEDİA – “2022─2026-cı il Milli Fəaliyyət Planı”nda tikinti sferasında mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.

Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilərə dair elmi-praktik konfransda çıxış edən Z.Oruc deyib ki, 2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 faiz artırılaraq 47 milyon kvadrat metrdən 78 milyon kvadrat metrə çatdırılacaq: “2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39 artırılaraq 66 milyon kvadrat metr təşkil edəcək. Lakin təəssüflər olsun ki, açıq mənbələrdə köhnəlmiş əmlakların hansı hissəsinin mənzil, yaxud yaşayış fonduna aid olduğuna dair müfəssəl məlumatlar açıq mənbələrdə göstərilməyib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.