BAYRAQDAR MEDİA – Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “əvvəlcə Azərbaycan və İranın təlim rəhbərləri, eləcə də digər yüksək səviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib”.
Daha sonra xəbərdə, “tədbirdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayıb, keçirilən birgə təlimin əhəmiyyətini xüsusi vurğulayıblar. Yüksələn xətlə inkişaf edən Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşməsində “Araz-2025” birgə təliminin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu təlim iki ölkə və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir” deyə qeyd olunur.
Açılış mərasiminin sonunda hərbi qulluqçular təntənəli marşla tribuna önündən keçiblər.
İlk şərhi yaza bilərsiniz