Press "Enter" to skip to content

Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir

Görüş zamanı

BAYRAQDAR MEDİA – İcma əsaslı şərabçılıq ənənələrinin və şərab turizmi (enoturizm) imkanlarının inkişaf etdirilməsi üzrə görüş keçirilib. Görüş “Slow Wine” hərəkatının aparıcı ekspertlərinin, yerli şərabçıların və şərab sənayesi nümayəndələrinin iştirakı ilə reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanın üzümçülük ənənələrinin beynəlxalq platformalarda tanıdılması üzrə əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin yerli istehsalçılarla icma əsaslı, şəffaf və dayanıqlı şərab istehsalına dair təcrübə və fikir mübadiləsi aparılıb.

İtaliyalı ekspertlərdən ibarət nümayəndə heyəti İsmayıllı, Qəbələ, Ağsu və Şamaxıda fəaliyyət göstərən şərab təsərrüfatlarını da ziyarət ediblər. Onlar yerli şərab istehsalını dəstəkləyən təbii şərtlər, ənənəvi becərmə və istehsal metodları ilə tanış olublar”.

Məlumatda o da qeyd edilib ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir: “Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.