Prof. Dr. İlyas Topsakal: TÜDİFAK qarşına qoyulan məqsədləri nail olmaq üçün uğurlu fəaliyyət göstərib
BAYRAQDAR MEDİA – “Türk dünyasının iqtisadi imkanlarının gələcəkdə daha da gücləndirilməsi eyni zamanda bu sahə üzrə güclü kadrların yetişdirilməsindən aslıdır. Təbii ki. bu uğur həmçinin, təhsil, elm ocaqlarında beyin mərkəzlərinin formalaşmasından aslıdır. Hesab edirəm ki, bu mərkəzlərdən biri də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsidir (TUDİFAK)”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında MHP Genel Başkan Yardımcısı, Samsun millət vəkili Prof. Dr. İlyas Topsakal deyib.
Onun sözlərinə görə, 16-17 may tarixlərində Bakıda keçirilən tədbir də türk dünyasının iqtisadi baxımdan əlaqələrinin daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcək: “Necə ki, 1992-ci ildə bu fakultənin əsası qoyuldu, həmin vaxtdan bu günə kimi TUDİFAK qarşına qoyulan məqsədləri nail olmaq üçün uğurlu fəaliyyət göstərib. TÜDİFAK bu gün nəinki gənclərə təhsil verir, eyni zamanda keçirilən beynəlxalq elmi tədbirlər, elmi konfranslara ev sahibliyi etməklə, bu cür tədbirlərin əsas təşəbbüskarı olmaqla öz sözünü deyir”.
Prof. Dr. İlyas Topsakal deyib ki, bir zamanlar bu fakultənin tələbələri olanlar bu gün müxtəlif sahələrdə Azərbaycanın iqtisadi inkişafına təkan verən kadrlar kimi öz sözlərini deyirlər”.
İlk şərhi yaza bilərsiniz