BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib. Aksiya İqtisadiyyat Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “aksiya çərçivəsində 1 hektar ərazidə 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir”.
İlk şərhi yaza bilərsiniz