BAYRAQDAR MEDİA – Abşeron rayonu, Bakı-Quba yolunun sol tərəfində, Ekoloji nəzarət postunun yaxınlığındakı yaşıllıq sahədə ağacların məhv edilməsi ilə bağlı daxil olmuş məlumat 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “idarə rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı sözügedən yaşıllıq ərazinin “Qar-Daş Company” MMC-nin icarəsində olduğu məlum olub: “Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahədə bir müddət öncə ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı və nəticədə 64 ağacın məhv edildiyi və zədələndiyi müəyyən edilib. Araşdırma zamanı təbiətə 13 min 700 manat məbləğində ziyan dəydiyi məlum olub””.
İdarə rəisinin sözlərinə görə, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır: “Baş verən hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə idarə əməkdaşlarının təşəbbüsü ilə yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazi tullantılardan təmizlənib və məhv edilmiş ağacların əvəzinə dibçəklərdə yetişdirilən 60-dan çox şam ağacı əkilərək yaşıllıq sahəsi bərpa olunub”.
İlk şərhi yaza bilərsiniz