Press "Enter" to skip to content

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyənlərlə görüş – VIDEO

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyənlərlə görüş

BAYRAQDAR MEDİA – Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “namizədlərə “Çavuş hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib. Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı geniş məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb”.

Sonra xəbərdə, “əlavə olaraq bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Goranboy, Lənkəran, Masallı, Kürdəmir, Beyləqan, Bərdə, Ağcabədi, və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən mərkəzdə sənədlərin qəbul müddəti mayın 30-dək uzadılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.