Press "Enter" to skip to content

Nizamnamədə dəyişiklik edilib

Şahib Rəcəbov yenidən “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin İcraçı direktoru seçilib

BAYRAQDAR MEDİA – “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” (AVMA) İctimai Birliyinin “Çinar Plaza” otelində 17-ci Ümumi Yığıncağı keçirilib.

Tədbir zamanı
Tədbir zamanı

AVMA İB-nin Mətbuat Xidmətindən verilən məlumata görə Ümumi Yığıncaqda millət vəkilləri Müşfiq Məmmədli, Ceyhun Məmmədov, müxtəlif dövlət qurumlarının təmsilçiləri, şəhid ailələrinin nümayəndələri, məktəb direktorları, ictimaiyyət nümayəndələri, regionlardan gələn nümunəvi müəllimlər, valideynlər, məktəb valideyn icmalarının nümayəndələri və digər təhsil sevərlər iştirak edib.

Məlumatda deyilir ki, dövlət himninin səslənməsi və şəhidlərin ruhunun yad edilməsi ilə başlanan tədbirdə Ümumi Yığıncağı idarə etmək üçün 3 nəfərdən ibarət sədarət və yığıncaqğın işçi orqanları seçilib: “2023-2025-ci hesabat-seçki dövrü üzrə fəalyyətlərlə bağlı birliyin İcraçı direktoru Şahin Rəcəbov hesabat verib və hesabat video çarxı nümayiş etdirilib. Yığıncaq iştirakçıları hesabat dövrü üzrə birliyin icraçı direktorunun və NTK-nın hesabatlarını qənaətbəxş hesab ediblər. Sonra Yığıncağın Təşkilat Komitəsinin sədri Şahin Rəcəbov İctimai Birliyin “Müəllim cəmiyyətin xilaskarı kimi” layihəsinin nəticəsi olaraq ölkə üzrə seçilmiş regionlardan gələn 30 nümunəvi müəllimi iştirakçılara təqdim edib. Müəllimlər “Nümunəvi müəllim” sertifikatı ilə təltif olunublar”.

Şahin Rəcəbov
Şahin Rəcəbov

Məlumatda daha sonra deyilir: “Yığıncağa gələn qonaqlar-millət vəkili Ceyhun Məmmədov, professor Südef İmamverdiyev, professor Fərrux Rüstəmov, DİM nümayənddəsi Xanlar Xanlarzadə, professor Fuad Məmmədov, əməkdar müəllimlər- Dilşad Şinqayeva, Hikmət Haqverdili, Zülfiyyə Vəliyeva, təhsil ekspertləri- Nadir İsrafilov, İlham Əhmədov, Fərman Abdullayev, Elşən Qafarov, pedaqoji elmlər doktoru Zəhra Muradova, şəhid ailələri, şəhid ailəsi -Tünzalə Abdüləlimova və Faiq Abduləlimov, şəhid anası Sənubər Səmədova, şəhid anası Güldəstə İmamverdiyeva çıxış ediblır. Çıxışçılar AVMA-nın fəaliyyətini yüksək qiymətləndirib, həmçinin təhsilin inkişafına dair təkliflərini veriblər. Daha sonra hesabat-seçki dövrü üzrə birliyin fərqlənən filial nümayəndələri fəxri fərman və sertifikatlarla təltif olunublar. 65 yaşdan yuxarı oldugu üçün işdən çıxmış, uzun illər məktəb direktoru işləmiş ziyalılar da qiymətləndiriliblər”.

Məlumatda o da qeyd edilib ki, seçkili orqanların 4 il müddətinə seçilməsi ilə bağlı birliyin Nizamnaməsində dəyişiklik yekdilliklə qəbul edilib: “Birliyin İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyasının üzvləri, müavinləri seçiliblər. Şahin Rəcəbov yekdilliklə yenidən “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin icraçı direktoru seçilib”.

Bundan başqa Yığıncaqda bir neçə Qeyri – Hökumət Təşkilatı, özəl təşkilatlarla ikitərəfli, qarşılıqlı faydalı, əməkdaşlıq memorandumu imzalayıb.

Böyük coşqu ilə keçən Ümumi Yığıncaqda tarzən Bəhruz Əliyev və gənc ifaçı Mehdi Həsənovun ifasında musiqi nömrələri ifa edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.