Press "Enter" to skip to content

“Qağayı” növbəti dəfə səhnədə

“Qağayı” növbəti dəfə səhnədə

BAYRAQDAR MEDİA – Mayın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Qağayı” tamaşası növbəti dəfə nümayiş olunub.

Görkəmli rus yazıçısı Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyev, rejissor assistenti Fuad Cavadzadədir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.

Səhnə əsərində Əməkdar artist Kəmalə Müzəffər, Əməkdar artist Nicat Kazımov, Mirsənan Kazımlı, Anar Seyfullayev, Səbinə Məmmədzadə, Anar Səfiyev, Sevinc Əziz, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Araz Pirimov, Ümman Budaqov, Hilal Dəmirov rol alıb.

Bildirək ki, tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.