Press "Enter" to skip to content

Sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə təlim

Sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən uşaqlar üçün sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə onlayn təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “iki gün davam edən təlim sosial xidmət müəssisələrində olan uşaqların öz ailələrinə reinteqrasiyası prosesi zamanı göstərilən sosial xidmətin keyfiyyətinin artırılması məqsədilə təşkil edilib. Təlimdə Agentliyin müvafiq strukturlarının əməkdaşları, regional filialların nümayəndələri, uşaq müəssisələrinin rəhbərləri, sosial işçilər və mentorlar iştirak ediblər”.

Sonra xəbərdə, “təqdimatlarda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi, fərdi inkişaf planlarının hazırlanması və digər mühüm fəaliyyətlərlə bağlı nümunələr təqdim edilib. Uşaqların rifahı, onların ailə mühitində böyüməsinin təmin olunması və ümumilikdə qeytkipinq prosesinin effektiv təşkili alətlərinin əhəmiyyətindən danışılıb” deyə bildirilir.

Təlim prosesində real nümunələr əsasında təhlillər və qarşılıqlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.